Keçmiş nazirin sensasiyalı ölümü: qətl, yoxsa intihar?

Ukraynanın keçmiş daxili işlər naziri Yuri Kravçenko intihar edib.

Bunu "Gordon.ua" portalına açıqlamasında Ukraynanın Baş prokuroru Yuri Luçenko deyib.

O, eks-nazirin intihar səbəbləri haqda danışmayıb.

Qeyd edək ki, Kravçenko 4 mart 2005-ci ildə Kiyevdəki iqamətgahında ölü tapılıb. Kravçenkonun cəsədində iki yara izi aşkar edilib. Çoxları Kravçenkonun ölümünü siyasi qətl saysalar da, indiyə qədər bunu sübuta yetirmək mümkün olmayıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31