Venesuelada 40 qiyamçı saxlanılıb

Venesuelanın paytaxtı Karakas şəhərində hərbi çevriliş cəhdinə görə saxlanılan hərbçilərin sayı 40-a çatıb.

Saxlanılan şəxslər məhkəmələrə gətirilib. Şahidlərin verdiyi məlumatlara görə, gətirilmə əsnasında nəzarətçilər tərəfindən atəş açılması halları olub.

Daha əvvəl paytaxtın qərbində Milli Qvardiya qərargahının zəbt olunduğu xəbəri verilmişdi.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31