Pakistanda "Taliban"ın qurucusunun oğlu öldürülüb
22 Yanvar 2019 11:24 DünyaRadikal "Taliban" hərəkatının qurucusu və dini lideri molla Ömərin oğlu molla Yaqub Pakistanda öldürülüb.
Yaqubun Pakistanın Pişəvər şəhərində öldürüldüyü bildirilir. O, əvvəlcə yaralanıb, sonra naməlum şəxslər tərəfindən öldürülüb.
Digər mənbələrdən alınan məlumata görə, Yaqub əvvəlcə qaçırılıb, sonra öldürülüb.
"Taliban" nümayəndələri hələlik bu məlumata cavab verməyiblər.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31