Rusiyada bankda partlayış
22 Yanvar 2019 11:08 DünyaRusiyanın Novosibirsk şəhərində səhər saatlarında "Otkrıtiye" bankının bölməsinin bankomat yerləşən hissəsində partlayış olub.
Partlayış nəticəsində pəncərə sınıb və tüstülənmə olub. Bununla belə, pullar oğurlanmayıb, xəsarət alan olmayıb.
Operativ istintaq qrupu əraziyə gəlib. Fakt üzrə araşdırma aparılır, cinayət işi açılıb.
Partlayışın bankomatdan pul oğurlamaq məqsədilə törədildiyi ehtimal edilir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31