Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 19-a çatıb

Gürcüstanın Kutaisi şəhərində 32 yaşlı qadın "donuz qripi"ndən ölüb.

Qadının A (H1N1) virusundan ölməsi laboratoriya şəraitində təsdiq olunub.

adı açıqlanmayan həmin qadının bu yaxınlarda ana olduğu bildirilir.

Beləliklə, qonşu ölkədə "donuz qripi"ndən ölənlərin sayı 19-a çatıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31