Misirdə altı fironun qəbri aşkar olundu
21 Yanvar 2019 17:57 DünyaMisirin Asuan şəhərində 4,5 min il bundan əvvəl hökmranlıq etmiş altı fironun qəbiri aşkar edilib.
Bu qəbirlər Böyük Britaniyanın Birmingem universitetinin arxeoloji missiyasının mütəxəssisləri tərəfindən tapılıb.
Qədim Abidələr üzrə Misir Ali Şurasının baş katibi Mustafa Vəziri bildirib ki, bir qəbrin giriş qapısı toxunulmamış qalsa da, ora min illər əvvəl qarət olunub. Onun sözlərinə görə, aşkar olunmuş altı qəbir müxtəlif ölçüdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31