Venesuela paytaxtının bir hissəsi qiyamçıların nəzarətindədir
21 Yanvar 2019 16:52 DünyaVenesuelanın paytaxtı Karakas şəhərinin San Xose bölgəsində bəzi Milli Qvardiya hərbçilərinin Prezident Nikolas Maduroya qarşı qiyam qaldırdıqları bildirilir.
Mayor Valdren Giqueroanın başçılıq etdiyi bildirilən qiyamçılar xalqı hökumətə qarşı ayağa qalxmağa çağırıblar.
Hazırda həmin bölgəyə xüsusi təyinatlı hərbi birləşmələrin, habelə Bolivariana Milli Polisinin xüsusi təyinatlı briqadasının çəlb edildiyi bildirilir.
Sosial şəbəkələrdə qiyamçıların hərəkatını əks etdirən, habelə Konstitusiyanı müdafiə etməyə və hökumətə itaətsizliyə çağıran videolar yerləşdirilib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31