PKK-çı qadın: Təşkilata qatılanlara ilk bunu edirlər - Video

PKK-ya qatıldıqdan 1 il sonra Türkiyə təhlükəsizlik qüvvələrinə tabe olan qadın terror təşkilatına üzv olan şəxslərin dindən uzaqlaşdırıldığını açıqlayıb.

Adı gizli saxlanılan qadın polisə ifadəsində bu sözləri deyib:

"İlk olaraq bizi dinimizdən uzaqlaşdırdılar. Müqəddəs kitabımızı, Məhəmməd Peyğəmbəri söydülər. PKK-ya qoşulanlar dinlərindən vaz keçməyə məcbur edilirlər. Onlar hətta Allahı belə çox ağır şəkildə təhqir edirlər".

R.K adlı qadın təşkilat liderlərinin terrorçularla sərt davrandığını, şübhələndikləri üzvləri öldürdüklərini vurğulayıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31