Daha bir ölkədə “donuz qripi” yayılır
21 Yanvar 2019 18:13 DünyaLatviyanın İnfektologiya Mərkəzinə hər gün H1N1 virusuna yoluxan azı 20 nəfər müraciət edir.
Latviyalı həkimlər bildirirlər ki, bu mövsümdə qrip çox yüksək - 41 dərəcə temperatura səbəb ola bilər.
Gələn həftədən gözlənilən soyuq hava şəraitinin də epidemiyanın gedişinə təsir etməyəcəyi vurğulanır. Belə ki, qrip virusunun yayılmasına aşağı qış temperaturu mane olmur. Laboratoriya şərtlərində virus hətta mənfi 96 Selsi dərəcədə də sağ qala bilib.
Qeyd edək ki, qonşu Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı 18, Ermənistanda isə iki nəfər təşkil edib.(qafqazinfo.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31