Almaniyada müdafiə naziri barəsində təhqiqat başlandı
21 Yanvar 2019 16:34 DünyaBerlin prokurorluğu "Accenture" konsaltinq şirkəti ilə AFR-in Müdafiə Nazirliyinin rəhbəri Ursula fon der Lyayen arasında bağlanmış kontraktla əlaqədar, nazirin xidməti səlahiyyətlərini aşması barədə təhqiqata başlayıb.
"Spiegel Online" nəşri xəbər verir ki, keçən ilin axırlarında prokurorluğa daxil olmuş anonim siqnaldan sonra bu təhqiqata başlamaq zərurəti yaranıb. Məktubda bildirilirdi ki, 19,5 milyon avro məbləğində konsaltinq xidmətləri göstərilməsi sifariş edilib. Məktub müəllifinin fikrincə, bu, "yolverilməz və hüquqazidd hərəkətdir".
Federal Hesablama Palatasında da şübhələnirlər ki, həmin xərcləri 1 milyon avro məbləğində azaltmaq olardı.(AZƏRTAC)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31