Həbsdə olan erməni general Fransaya getmək istəyir
21 Yanvar 2019 16:31 DünyaHəbsdə olan erməni general Manvel Qriqoryannın azadlığa çıxması üçün vəkillərinin qaldırdığı iddiaya sabah baxılacaq.
Qriqoryanın vəkili Levon Baqdasaryan müdafiə etdiyi şəxsin Avropa Məhkəməsinə müraciət etməyəcəyini də xatırladıb. O bunu generalın ölkəsini məhkəməyə verməmək istəyi ilə əlaqələndirib.
Bundan başqa, Qriqoryanın sağlamlıq durumu ilə bağlı Fransada müalicə almağa ehtiyac duyduğu da vurğulanıb.(modern.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31