Rusiyada bananlar arasında 50 kiloqram narkotik tapıldı
21 Yanvar 2019 16:26 DünyaRusiyanın Sankt-Peterburq şəhərində gömrük polisi tərəfindən keçirilmiş axtarış nəticəsində bananların arasında 50 kiloqram narkotik vasitə tapılıb.
47 bağlamaya bükülmüş kokain maddəsi soyuducu konteynerin örtüyünün altında aşkar edilib.
Qeyd olunur ki, banan konteynerləri Rusiyaya Ekvadordan gətirilib.
Hazırda məhsulun kimə məxsus olduğu araşdırılır.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31