Akar: "Türk ordusundan başqa kimsə bunu etməyib"
21 Yanvar 2019 15:25 DünyaHeç bir koalisiya qüvvəsi Türkiyə Silahlı Qüvvələri kimi İŞİD-lə üz-üzə mübarizə aparmayıb.
Bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
"15 iyulda çevriliş cəhdi edildi. TSQ üzərindəki çətinlikləri 1 ay ərzində dəf edib "Fərat qalxanı" əməliyyatına başladı. 3 mindən artıq İŞİD terrorçusu məhv edilib. Bundan dərhal sonra "Zeytun budağı" əməliyyatı təşkil edildi. Burada da 4500 terrorçu zərərsizləşdirildi. PKK-nın YPG-dən bir fərqi yoxdur. PKK elə YPG deməkdir, bu məsələ müzakirə mövzusu ola bilməz. Bununla bağlı məlumat və sənədlər hər yerdə var", - Akar bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31