İranda qadınların səhnəyə çıxması məhdudlaşdırıldı
21 Yanvar 2019 15:19 DünyaTəbrizin Ümumi Məkanlara Nəzarət İdarəsi (Əmakin) aktrisalara ər və ya atalarının icazəsi olmadan səhnəyə çıxmağı qadağan edib.
Bu barədə təbrizli yazıçı və rejissor Əli Purian öz İnstaqram səhifəsində məlumat yayıb.
"Ümumi Məkanlara Nəzarət İdarəsi tamaşaların nümayişinə icazə verməsi üçün yeni şərt irəli sürüb. Qərara əsasən, aktrisaların səhnəyə çıxması üçün ər və ya atalarının yazılı şəkildə razılığı olmalıdır, əks halda onlar tamaşada rol ala bilməz".
Bu qərara görə ötən cümə Təbrizdə qadın aşıqların konserti hökumət orqanları tərəfindən ləğv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31