Filippində leysan və torpaq sürüşməsi 120-dən çox sakinin həyatına son qoyub
3 Yanvar 2019 14:38 DünyaFilippində "Usman" tropik qasırğasının səbəb olduğu leysan yağışları və torpaq sürüşmələri nəticəsində 122 nəfər həlak olub.
Milli Fəlakət Risqləri Azaltma və İdarəetmə Şurasının (The National Disaster Risk Reduction and Management Council) məruzəsinə görə, fəlakət nəticəsində 60-a yaxın sakin xəsarət alıb, daha 28 nəfər itkin düşüb.
Fəlakət bölgəsində 75 min sakinin 30 mindən çoxu təxliyyə mərkəzlərindədir. Yanvarın 3-4-də bəzi bölgələrdə dərslər təxirə salınıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31