Niderland XİN başçısı Bakıya gəldi, İrəvana da gedəcə

Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycana səfər edib.

Bu barədə Niderland Krallığının xarici işlər naziri Tom Berendsen "X" sosial media hesabında qeyd edib.

"Bu həftə Azərbaycan və Ermənistan ilə əməkdaşlığımızı daha da dərinləşdirmək üçün hər iki ölkəyə səfər edirəm.

Həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyan ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edəcəyəm. Niderland davamlı sülhə doğru növbəti addımları dəstəkləyir",- deyə o bildirib.

Xatırladaq ki, Bakı aparılan danışıqlardan sonra XİN rəhbərinin İrəvana gedecəyi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31