Siyasətdə insanı bunlar məhv edir - Ərdoğan açıqladı

Hər zaman dediyim kimi, millətimiz bizə səs vermək məcubiyyətində deyil. Biz öz xidmətimizlə, layihələrimizlə bunu qazanmalıyıq.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının yerli seçkilərlə bağlı konfransında çıxışı zamanı deyib. O bildirib ki, xalqın güvənindən sui-istifadə etmək olmaz:

"Siyasətdə insanı kin, qürur, millətə yuxarıdan baxmaq yıxar; Öz mənfəətini ölkəsindən üstün tutmaq və "mən" yıxar. Ədalət və İnkişaf Partiyasında "mən" yoxdur, "biz" var".

Ərdoğan onu da qeyd edib ki, Cümhur İttifaqında kimsə siyasi xətdən kənara çıxa bilməz:

"İttifaqın qaydaları nədirsə, bütün dostlarımız, təşkilatlarımız ona əməl etməlidir. Bu, uzun bir səfərdir. Bu səfərdə bir-birimizi qırmamalıyıq".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31