Meyin Ər-Riyadı tənqid etdiyi gün... - Heyrətamiz fakt
3 Yanvar 2019 12:20 Dünyaİngiltərə Baş naziri Tereza Mey Camal Qaşıqçı cinayəti ilə əlaqədar Səudiyyə Ərəbistanını tənqid etdiyi gün ingilis heyətinin silah satışı məqsədi ilə Ər-Riyadda olduğu məlum olub.
Bu məlumatı "Deyli Mirror" qəzeti yayıb.
Bildirilib ki, Beynəlxalq Ticarət Nazirliyinin Müdafiə və Təhlükəsizlik komitəsinin rəsmi heyəti 14-22 oktyabrda Səudiyyə Ərəbistanında görüşdə olub.
Tereza Mey isə rəsmi heyətin Səudiyyədə ikinci görüşünü keçirdiyi gün sözügedən ölkəni ən sərt şəkildə qınamışdı.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31