ABŞ-Meksika sərhədində 376 mühacir ölüb
3 Yanvar 2019 11:33 DünyaÖtən il ABŞ-Meksika sərhədində 376mühacir ölüb.
Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında bildirilib.
Ölənlərdən 20-si qadın, 4-ü uşaqdır. Sərhəddə həlak olanların yarısının kimliyini müəyyənləşdirmək mümkün olmayıb.
Hesabatda qeyd edilib ki, ABŞ-da büdcə böhranına görə federal hökumətin fəaliyyəti müvəqqəti olaraq dayanıb və 2018-ci il dekabrın 21-dən sərhəddəki vəziyyətlə bağlı qeydiyyat aparılmayıb. Ona görə də ölən miqrantların sayının göstərilən rəqəmdən çox olduğu ehtimal edilir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31