Tramp: "Meksikayla sərhəddə divarın böyük hissəsi tikilib və ya tamamilə bərpa edilib"
3 Yanvar 2019 11:25 DünyaMeksikayla sərhəddə divarın böyük hissəsi tikilib və ya tamamilə bərpa edilib.
Bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.
D.Tramp bildirib: "Meksika yeni "USMCA" ticarət sazişi çərçivəsində divarın xərclərini qarşılayır. Divarın böyük hissəsi tikilib və ya tamamilə bərpa edilib. Biz böyük iş görmüşük".
ABŞ prezidenti qeyd edib ki, Nümayəndələr Palatasının təsdiq etdiyi 5,7 milyard dollar milli təhlükəsizliyə gələcək fayda ilə müqayisədə böyük məbləğ deyil.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31