Luvrda ziyarətçilərin sayında rekord olub
3 Yanvar 2019 11:05 Dünya2018-ci ildə Luvr muzeyində ziyarətçilərin sayı 10 milyon nəfəri keçməklə tarixi rekordu yeniləyib. Bu barədə muzeyin direktoru Lan-Lyuk Martinez bəyan edib.
Qeyd edək ki, bundan öncə rekord say 2012-ci ildə qeydə alınmışdı, həmin il üçün ziyarətçilərin sayı 9,7 milyon nəfər olub.
Xatırladaq ki, Luvr Kral Sarayı muzey qismində 1793-cü ildə sənətsevərlərin üzünə açılıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31