Makron ilə Putin arasında telefon danışığı olub
3 Yanvar 2019 00:55 DünyaYanvarın 2-də Fransa Prezidenti Emmanuel Makron ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Yeliseyin saytında yer alan məlumata görə, telefon danışığı zamanı dövlət başçıları Suriya və Ukraynadakı böhranlar barədə fikir mübadiləsi aparıblar.
Emmanuel Makron bildirib ki, Fransanın Suriyada məqsədi terrorizmin kökünü kəsməkdir. O qeyd edib ki, Fransa üzərinə götürdüyü beynəlxalq öhdəliklərə daim sadiqdir.
Söhbət zamanı, həmçinin ötən il noyabrın 25-də Kerç boğazında Rusiya hərbçiləri tərəfindən əsir götürülmüş Ukrayna dənizçilərinin azad edilməsi məsələsi də müzakirə olunub.
sia
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31