Əfqanıstanda posta hücum olub, 5 hərbçi ölüb

Əfqanıstanda hərbi posta hücum olub.

Taliban silahlıları ölkənin cənubundakı Qəndahər vilayətində postu partladıblar. Hadisə nəticəsində 5 hərbçinin öldüyü bildirilir.

Korpus komandirinin sözlərinə görə, silahlılar italyan əsgərlərini öldürməyə çalışıblar, lakin onlar hadisə yerindən heç bir xəsarət almadan qaça biliblər.

Hazırda NATO-nun tərkibində Əfqanıstanda 895 İtaliya hərbçisinin xidmət etdiyi deyilir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31