BBC qan izində: Günahı rusların üzərinə yıxacaq
17 Dekabr 2018 12:32 DünyaBBC telekanalı Fransada baş tutan "Sarı jiletlilər" hərəkatında Rusiyanın rol oynaması ilə bağlı dəlillərin tapılmasına dair əməkdaşlarına təlimat verib.
Sözügedən telekanalda çalışan əməkdaşlar bununla bağlı hərəkətə keçsələr də, hər hansı fakt tapmaqda çətinlik çəkirlər.
Hətta BBC-nin qadın müxbirlərindən biri "Sarı jiletlilər" mitinqində bir nəfər belə rusun olmadığını qeyd edib.
"Kanal qan izində olduğu üçün olayı hərtərəfli araşdırmağa başlayıb", - deyə adı açıqlanmayan müxbir bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31