Paşinyan: "Sülh sazişi imzalanmazsa, bunu şəxsi uğursuzluğum hesab edəcəyəm" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında əsas məqsədinin Baş nazir kimi fəaliyyətini sülh sazişinin imzalanması və ratifikasiyası şəraitində başa vurmaq olduğunu bildirib. O qeyd edib ki, bu məqsədə nail olunmazsa, bunu özünün şəxsi uğursuzluğu kimi qiymətləndirəcək. Paşinyan hər gün diqqəti sülh gündəliyindən yayındıra biləcək məsələlərin ortaya çıxmasına baxmayaraq, sülh sazişinin bağlanması və ratifikasiyası hedefinə sadiq qalmaq niyyətində olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31