Paşinyan parlamentdəki kütləvi davanı və müxalifətə qarşı addımları dəstəklədi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Milli Məclisinin iclasında deputatlar arasında kütləvi əlbəyaxa dava baş verib. Baş nazir Nikol Paşinyan hadisəyə münasibət bildirərkən zorakılığı pislədiyini vurğulasa da, rəhbərlik etdiyi "Mülki Müqavilə" fraksiyasının addımlarını tam dəstəklədiyini bəyan edib. O, baş verənlərə görə bütün məsuliyyətin müxalifətin üzərinə düşdüyünü qeyd edərək, müxalifət nümayəndələrinin həddini aşdığını bildirib. Paşinyan hətta vitse-spiker Vaakn Aleksanyanın müxalifətçiyə stul atmasını da mütənasib və doğru addım kimi qiymətləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31