Cavid İsmayıldan Türkiyə Cümhuriyyət Bayramı ilə bağlı təbrik: “Türk dünyasının birliyi yaşasın!”
13:50 SiyasətOlaylar.az xəbər verir ki, Turan Araşdırma Mərkəzi İctimai Birliyinin sədri Cavid İsmayıl 29 oktyabr - Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümü münasibətilə təbrik paylaşımı edib. O, paylaşımında ümummilli lider Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk haqqında söylədiyi fikirləri xatırladıb.
"Mustafa Kamal Atatürk bütün dünyaya sübut etmişdir ki, müsəlman ölkəsində, əsrlər boyu dinin təsiri altında dini dövlət kimi yaşayan bir ölkədə cümhuriyyət, layiqli cümhuriyyət qurmaq, demokratik yolla getmək olar. O, dünyanın bəşəri dəyərlərindən istifadə edərək, xalqının mənəvi dəyərlərini bunlarla birləşdirərək, öz xalqını daha da yüksəklərə qaldırmışdır", - deyə Heydər Əliyevin fikirlərini diqqətə çatdırıb.
Cavid İsmayıl qeyd edib ki, 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan edilib və Türk dünyasının əbədi lideri Qazi Mustafa Kamal Atatürk onun ilk prezidenti seçilib.
"Turan elində bayram var!
Dəyərli dostlar!
Üstdə göy basmasa, altda yer dəlinməsə, yolun yolumuz! Əqidən əqidəmiz! Amalın amalımız! Hədəfin hədəfimizdir!
Rahat uyu, böyük Atatürk! İzindəyik!
Sən bir millətin taleyini dəyişdin, bir xalqın azadlıq məşəlini yandırdın və bütün dünyaya sübut etdin ki, iradəsi sarsılmaz olan millət heç vaxt əsarət altında yaşamağa məhkum deyil.
Sənin ucaltdığın azadlıq, müstəqillik, milli birlik və müasirlik idealları bu gün də Türk dünyasının yolunu işıqlandırır. Sənin əmanətin olan Cümhuriyyət yaşayacaq, Türk millətinin qüruru, birliyi və qardaşlığı nəsillərdən-nəsillərə ötürüləcəkdir.
Sənin açdığın yol bizim yolumuz, sənin idealların bizim amalımızdır!
Nə qədər ki, göylərdə Türk bayraqları dalğalanır, nə qədər ki, Türk milləti öz köklərinə, tarixinə və milli kimliyinə sahib çıxır, sənin adın yaşayacaq, əziz Atatürk!
Rahat uyu, böyük Atatürk! Türk milləti səni unutmayacaq! Türk dünyası sənin ideallarını yaşadacaq!
NE MUTLU TÜRKÜM DİYƏNƏ!
Əziz Anadolu türk qardaşlarımız, 29 oktyabr - Türkiyə Cümhuriyyət Bayramımız kutlu olsun!
Yaşasın Türkiyə Cümhuriyyəti!
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!
Yaşasın Türk dünyasının birliyi!"
Cavid İsmayıl paylaşımını Turan Araşdırma Mərkəzi İctimai Birliyinin sədri olaraq imzalayıb.