Qəzaya düşən Su-27-nin fotoları yayıldı
17 Dekabr 2018 12:22 DünyaUkraynanın qəzaya düşən Su-27 qırıcısının foroları yayılıb.
Fotoları "Scramble magazine" Holland aviasiya nəşri öz Feysbuk səhifəsində paylaşıb.
Fotolardan görünür ki, pilot kabinəsi açıqdır və qırıcı arxasında qara üz qoyub.
Qeyd edək ki, qəza Jitomir yaxınlığındakı hərbi aerodromun 1,56 mk-liyində, 15 dekabrda baş verib. Qırıcı 70 metr hündürlükdə uçarkən birdən birə yüksəkliyi itirməyə başlayıb.
Qəza nəticəsində pilot, Ukrayna Hava Qüvvələrinin 1975-ci il təvəllüdlü mayoru Aleksandr Fomenko həlak olub.

axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31