ABŞ-ın Talibanla görüş yeri açıqlandı

ABŞ nümayəndə heyəti bu gün Taliban liderləriylə Birləşmiş Ərəb Əmirliklərində görüş keçirəcək.

Bu barədə məlumatı öz Tvitter səhifəsində Talibanın mətbuat katibi Zabiulla Mücahid deyib. O, görüşdə həmçinin Səudiyyə Ərəbistanı, Pakistan və BƏƏ nümayəndələrinin də iştirak edəcəyini bildirib.

Qeyd edək ki, Əfqanıstandakı müharibənin sonlandırılması üçün ABŞ-la Taliban arasında geniş heyətdə 17 dekabrda görüşün keçiriləcəyini Pakistan Baş naziri İmran Xan açıqlasa da, görüşün keçiriləcəyi yer barədə məlumat verməmişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31