Rusiya möhtəşəm raketinin sınağına başlayır

"Sarmat" qitələrarası ballistik raketinin yay sınaqları yaxın perspektivdə başlayacaq.

Bu barədə Rusiya Silahlı Qüvvələrinin Strateji Təyinatlı Raket Qoşunlarının komandanı Sergey Karakayev deyib.

Onun sözlərinə görə, hazırda Plesetsk kosmodromunda "Sarmat"ın yay sınaqlarının keçirilməsi üçün hazırlıqlar aparılır.

Qeyd edək ki, "Sarmat" qitələrarası ballistik raketi 2021-ci ildə silahlanmaya qəbul ediləcək.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31