Türkiyə ABŞ-dan F-35 qırıcıları almaq niyyətindədir
17 Dekabr 2018 11:50 DünyaTürkiyə ABŞ-dan 120 ədəd beşinci nəsil F-35 qırıcı-bombardmançıların tədürükünü gözləyir.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"ABŞ F-35 qırıcıları istehsal edir. Bizə də onlardan 120-i veriləcək", - deyə NTV telekanalı ondan sitat gətirib.
Qeyd edək ki, daha əvvəl ABŞ Senatı Türkiyənin Rusiyadan S-400raketləri alması ilə əlaqədar rəsmi Ankaraya ultimatum göndərib. Rusiya və Türkiyə "S-400" raket sistemlərinin alqı-satqısında dollardan imtina ediblər.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31