İraq prezidenti Britaniya vətəndaşlığından imtina edib
17 Dekabr 2018 11:40 Dünyaİraq prezidenti Bərhəm SalehBritaniya vətəndaşlığından imtina edib.
Bu haqda prezidentin dəftərxanasından bildirilib.
Dəftərxananın xəbərində göstərilir ki, İraqın bu yaxınlarda seçilmiş prezidenti Britaniya təbəəliyindən konstitusiyanın yüksək vəzifəli dövlət xadimlərinə başqa dövlətin vətəndaşlığına malik olmağı qadağan edən tələbi ilə əlaqədar imtina edib.
"O, əvvəlki rejimə (Səddam Hüseyn - red) qarşı müxalif fəaliyyəti dövründə ona vətəndaşlıq vermiş Birləşmiş Krallığa minnətdarlığını və ehtiramını ifadə edir", - deyə dəftərxananın xəbərində bildirilir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31