“Renfe” şirkəti “küçə rəssamlığı”na qarşı mübarizəyə hər il 25 milyon avro xərcləyir

İspaniyanın "Renfe" dəmiryol şirkəti bildirib ki, o, vandalizmin qarşısını almaq və "küçə rəssamlığı"na qarşı mübarizə məqsədilə hər il 25 milyon avro xərcləməli olur. Vaqonların rənglənməsinə qarşı mübarizə üçün bu xərclər vergi ödəyicilərinin hesabına ödənir. Şirkət bildirib ki, son 10 ildə belə halların sayı təqribən iki dəfə artıb.

"Küçə rəssamları" qruplar şəklində birləşir və getdikcə daha aqressiv davranırlar. Bu isə həm sərnişinlər, həm də xidmət heyəti üçün təhlükəlidir.

"Küçə rəssamları" bəzən qatarlar marşrut üzrə hərəkət edən qatarlara "hücum edirlər". Keçən il təqribən 200 min sərnişin bu səbəbdən qatarların gecikməsindən zərər çəkib.

"Renfe" şirkətində izah ediblər ki, "küçə rəssamları" tərəfindən rənglənmiş vaqonlar dərhal təmizlənməyə göndərilməlidir. Bu isə qatarların hərəkət qrafikinə mənfi təsir göstərir. Vaqonların təmizlənməsi ilə bağlı işlər bir həftəyə yaxın davam edir, "küçə rəssamları"nın istifadə etdikləri boyalar isə vaqonların səthini korlayır.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31