Bill Klintonla Monika Levinskinin gizli məhəbbəti haqda - Sənədli serial çəkildi
20 Noyabr 2018 16:34 DünyaABŞ-da Ağ Evin sabiq sahibi Bill Klintonla sevgilisi Monika Levinski haqda sənədli serial çəkilib.
Bu haqda informasiyanı TCN nəşri yayıb.
Mənbə yazır ki, 20 hissədən ibarət olan serialda əsasən Monika baş verənləri öz versiyasına görə danışır və peşiman olduğunu bildirir.
Serialda, həmçinin onun valideynləri, köməkçisi və Klintonun vəkili də olay haqda xatirələrini bölüşürlər.
Bill və Hillari Klintonlardan heç biri serialın çəkilişində iştirak etməyiblər.
Xatırladaq ki, Hillari Levinski olayı zamanı həyat yoldaşı Billi dəstəkləyib.
Prezident Bill Klintonla Ağ Evin təcrübəçisi Monika Levinski arasında sevgi macərası 1988-ci ildə ictimaiyyətə məlum olub. Həmin vaxt Ağ Evin sahibi impiçmentdən yaxasını zorla qurtarıb.
AzNews.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31