Sarqsyan seçkilərdə iştirakdan imtina etdi
12 Noyabr 2018 14:53 DünyaErmənistanın sabiq prezidenti Serj Sarqsyan parlament seçkilərində iştirak etməyəcək.
Bununla bağlı qərar Respublika Partiyasının iclasında qəbul edilib.
Bundan əvvəl partiyanın iclasında Sarqsyan Respublika Partiyasının sədrinin birinci müavini seçilib.
Ermənistanın Respublika Partiyasının seçkiqabağı siyahısına sabiq müdafiə naziri Viqen Sarkisyan rəhbərlik edir.
Sabiq müdafiə naziri jurnalistlərə açıqlamasında bildirib ki, Sarqsyandan başqa, siyahıda eks baş nazir Karen Karapetyanın da adı yoxdur.
Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31