Rusiyada uşaq bağçası yandı - 60 nəfər təxliyə olundu

Rusiyanın Ufa şəhərində uşaq bağçasında yanğın baş verib.

Hadisə ilə əlaqədar 61 nəfər, o cümlədən 48 uşaq binadan təxliyə olunub.

Qeyd olunur ki, yanğın bağçanın zirzəmisində başlayıb. Yanğına paltaryuyan maşın səbəb olub.

Qısa müddət ərzində yanğının qarşısı alınıb. Xəsarət alanların olmadığı deyilir.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31