Zurabişvili övladları ilə hədələndi

Hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili övladlarının öldürülməsi ilə hədələnib.

Bu barədə siyasətçi özü açıqlama yayıb.

Zurabişvilinin sözlərinə görə, təhdid xarakterli zənglərlə onu hədələyənlər Vahid Milli Hərəkat Partiyasının tərəfdarlarıdır.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ilk turu bu il oktyabrın 28-də keçirilib. Prezidentliyə namizədlərdən heç biri səslərin 50%-dən çoxunu qazana bilməyib. Ölkə qanunvericiliyinə əsasən, prezident seçkilərinin ikinci turu dekabrın 2-dən gec olmayaraq keçirilməlidir. İkinci turda mübarizə hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və "Güc birlikdədir" müxalif siyasi blokunun namizədi Qriqol Vaşadze arasında gedəcək.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31