ABŞ Əfqanıstan üzrə kuratorunu Moskvaya göndərir

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Moskvaya səfər edəcək.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin Asiya üzrə ikinci departamentinin rəhbəri Zamir Kabulov deyib. O, səfərin dekabrın əvvəlində baş tutacağını bildirib.

Qeyd edək ki, bundan öncə Moskvada Əfqanıstandakı vəziyyətlə bağlı xüsusi görüş keçirilib. Görüşdə Əfqanıstan hökumətinin, Talibanın, eləcə də ABŞ, Hindistan, Çin, Rusiya Xarici İşlər nazirliklərinin nümayəndələri iştirak ediblər.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31