Gürcüstanda genişmiqyaslı aksiyalara başlanılır

Hakim "Gürcü arzusu-demokratik Gürcüstan" partiyasının üzvləri və tərəfdarları "Mən azadlığı müdafiə edirəm" hərəkatının təşkilatçılığı ilə noyabrın 11-dən ölkədə genişmiqyaslı aksiyalara başlayacaq.

Aksiya prezident seçkilərinin ikinci turunadək ölkənin bütün böyük şəhərlərində keçiriləcək.

İlk aksiyanın noyabrın 11-də saat 17:00-da Tbilisidəki Respublika meydanında keçirilməsi planlaşdırılıb.

Tbilisi sakrebulunun deputatı, "Mən azadlığı müdafiə edirəm" hərəkatının üzvü Vato Şakarişvili jurnalistlərə bildirib ki, aksiyanın əsas məqsədi əhalini "Vahid Milli Hərəkat" partiyasının hakimiyyətə gəlişinə etiraz etməyə səsləməkdir.

Regionlarda ilk tədbir noyabrın 11-də Telavi şəhərində reallaşacaq. Sonra isə Batumi, Kutaisi, Rustavi və digər şəhərləri əhatə edəcək.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31