Britaniyanın nəqliyyat nazirinin müavini "Brexit"ə görə istefa verib
10 Noyabr 2018 00:45 DünyaBöyük Britaniyanın sabiq xarici işlər naziri Boris Consonun qardaşı Co Conson Krallığın nəqliyyat nazirinin müavini vəzifəsindən istefa verib.
O, Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına dair sövdələşməni ("Brexit") "dəhşətli səhv" adlandırıb və məhz bu səbəbdən müvafiq addımı atdığını bildirib.
Co Conson həmçinin "Brexit"lə bağlı ikinci referendumun keçirilməsini təklif edib.
Bundan əvvəl Tereza Meyin Aİ-nin "Brexit"lə bağlı güzəşt etməsinə nail olduğu xəbər verilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31