Türkiyədə hərbi bazada partlayış nəticəsində 25 nəfər yaralanıb
10 Noyabr 2018 00:41 DünyaTürkiyədə hərbi bazada partlayış nəticəsində azı 25 nəfər yaralanıb.
Bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən "Habertürk" məlumat yayıb.
Bildirilir ki, partlayışdan sonra itkin düşmüş daha 7 nəfərin axtarışları davam etdirilir.
Hadisə Hakkari yaşayış məntəqəsində baş verib.
Telekanalın məlumatına görə, partlayışa "yararsız döyüş sursatları" səbəb olub.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31