Somalidə iki terror aktı nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

Somalinin paytaxtı Moqadişodatörədilən partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, daha 17 nəfər yaralanıb.

Bu barədə yerli polisə istinadən "Associated Press" məlumat yayıb.

Bildirilir ki, terrorçular şəhərdə 4 partlayış törədiblər. Sonuncu partlayış tibb işçiləri hadisə yerinə gələn zaman baş verib.

Partlayışlara görə məsuliyyəti "Əş-Şəbab" terror qruplaşması öz üzərinə götürüb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31