"Apple" məşhur məhsulunu “dəfn etdi”
2 Noyabr 2018 11:35 Dünya"Apple" şirkəti "iPhone 5" məhsullarını köhnəlmiş qurğular siyahısına daxil edib. Sözügedən smartfonu Amerika korporasiyasının rəsmi servis mərkəzlərində artıq təmir etdirmək mümkün olmayacaq.
"Apple" şirkəti öz qadcetlərinin işini onların istehsalı dayandırıldıqdan sonrakı beş il ərzində dəstəkləyir.
"iPhone 5" smartfonu 2012-ci ilin sentyabrında buraxılıb. Bütün istehsal dövrü ərzində 70 milyondan çox qadcet nüsxəsi satılıb.
TREND
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31