Pompeo: "ABŞ Türkiyənin NATO-nu tərk etməyəcəyinə ümid edir"
2 Noyabr 2018 11:32 DünyaABŞ Türkiyənin NATO-nu tərk etməyəcəyinə ümid edir. Bu sözləri dövlət katibi Mayk Pompeo deyib.
O, radio verilişlərinin birində bildirib: "Ümid edirəm ki, bu baş verməyəcək. Bu həm NATO, həm ABŞ və hesab edirəm ki, Türkiyə xalqı üçün təəssüf doğuracaq".
Pompeo indiki administrasiya dövründə iki ölkə çətin dövrdə olduğunu, lakin müəyyən yerlərdə həqiqi uğurun olduğunu qeyd edib.
Dövlət katibi Türkiyə və Prezident Ərdoğanın ABŞ-ın Türkiyə üçün daha yaxşı tərəfdaş olacağını dərk edəcəyinə ümid etdiyini bildirib. O əlavə edib ki, Prezident Ərdoğan ABŞ, Avropa və NATO ilə daha sıx əlaqələr saxlamalıdır.
TREND
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31