Küveytdə məhbuslar ailə həyatı qurdu: İLK dəfə
2 Noyabr 2018 11:23 DünyaKüveytdə cəzaçəkmə müəssisəsidə olan yerli sakin və Misir vətəndaşı ölkənin tarixində ilk dəfə olaraq ailə həyatı qurublar. Həbsdə olan Küveyt vətəndaşı daxili işlər nazirinin müavininə müraciət edərək ailə həyata qurmağa icazə istəyib. Nazir müavini isə sorğunu müsbət cavablandırıb və iki məhbusun evlənməsinə icazə verib.
İki məhbus evlilik mərasimi üçün məhkəməyə gətirilib, sonra isə türməyə qaytarılıb. Məlumata görə, Küveytdə keçən il başlanılan "Ailənin evi" adlı layihəyə görə, iki məhbus görüşə və ailə həyata qura bilər.
Qeyd edək ki, bu hadisə ölkə tarixində ilk dəfə baş verib.
TREND
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31