Qırğız Respublikasında sabiq prezidentin toxunulmazlığının Konstitusiyaya zidd olduğu elan edilib

Qırğız Respublikasının Konstitusiya Palatası "Prezidentin fəaliyyətinin təminatına dair" qanunun sabiq prezidentin toxunulmazlığı məsələsində bu ali qanuna zidd olduğunu təsdiqləyib.

Bu barədə müvafiq qərar respublikanın Ali Məhkəməsinin Konstitusiya Palatasının saytında dərc edilib.

Xatırladaq ki, daha əvvəl hüquqşünas Nurbek Toktakunov sabiq prezidentin toxunulmazlığının ləğv edilməməsi proseduru ilə əlaqədar "Prezidentin fəaliyyətinin təminatına dair" qanunun Konstitusiyaya uyğun gəlməməsi iddiası ilə Konstitusiya Palatasına müraciət edib.

Qırğız Respublikasının mövcud qanunvericiliyinə əsasən, keçmiş prezident tam hüquqi toxunulmazlığa malikdir, o, heç bir halda bundan məhrum edilə bilməz. Amma əvəzində hazırkı dövlət başçısı vəzifədən kənarlaşdırıla və məsuliyyətə cəlb oluna bilər.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31