Amerika Çinə neft tədarükünü tamamilə dayandırıb
4 Oktyabr 2018 11:40 DünyaAmerikadan Çinə neft tədarükü iki ölkə arasında baş verən ticarət münaqişəsi fonunda tam olaraq dayandırılıb.
Bu barədə "China Merchants Energy Shipping" (CMES) şirkətinin prezidenti Se Çunlinə istinadən "Reuters" məlumat yayıb.
"Biz ABŞ-dan Çinə əsas neft daşıyıcılarıyıq. Ticarət münaqişəsinə qədər bu, yaxşı biznes idi, lakin indi o, tamamilə dayandırılıb", - deyə Çunlin Honkonqda keçirilən gəmiçilik sammitində bildirib.
Bu faktı "Refinitiv Eikon" gəmilərin izlənməsi məlumatları da təsdiq edir.
Vaşinqton Pekinə neft nəqlinə cəmi iki il əvvəl başlayıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31