Belçikada kimyəvi zavodda partlayış olub
4 Oktyabr 2018 11:37 DünyaBu gün səhər saatlarında Belçikanın Limburq əyalətindəki Tessenderlo kommunasında yerləşən "Vynova" kimyəvi zavodunda partlayış baş verib.
Yerli KİV-in yazdığına əsasən, ilkin məlumatlara görə, "Vynova"nın işçilərindən heç kim zərər görməyib. Səlahiyyətli şəxslər yaxınlıqdakı yaşayış sahəsinin sakinlərinə evlərin pəncərələrini və qapılarını açmamağı tövsiyə ediblər.
Partlayışın baş verdiyi müəssisənin üzərindən qaz buludu yüksəlir.
Hadisənin səbəbi hələlik məlum deyil.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31