Tramp Meksika prezidentinin inauqurasiya mərasimində iştirak etməyəcək
4 Oktyabr 2018 11:18 DünyaABŞ Prezidenti Donald Tramp 1 dekabr tarixində keçiriləcək Meksika prezidentinin inauqurasiya mərasimində iştirak etməyəcək. Bunu ABŞ prezidenti Tramp Meksika prezidenti Andres Obradorla telefon danışığında bildirib. O öz yerinə vitse-prezident Mayk Pensi göndərəcəyini bəyan edib.
Obrador Trampla sərhəddə divarın tikintisi məsələsini müzakirə etmədiyini bildirib. Əvəzinə tərəflər qanunsuz miqasiya ilə mübarizə üçün sərmaye proqramlarını müzakirə edib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31