Bill Qeyts 24 il ərzində ilk dəfə olaraq "Forbes" siyahısına başçılıq etmir
4 Oktyabr 2018 11:17 Dünya"Forbes" "Ən zəngin amerikalılar" siyahısının növbəti buraxılışını yayımlayıb. Siyahıya "Amazon"un təsisçisi Ceff Bezos başçılıq edir.
Bezosun sərvəti 160 milyard dollar məbləğində, Qeytsin sərvəti isə 97 milyard dollar məbləğində dəyərləndirilib.
Siyahıda ilk onluq aşağıdakı kimidir:
1. Ceff Bezos - 160 milyard dollar
2. Bill Qeyts - 97 milyard dollar
3. Uorren Baffet - 88,3 milyard dollar
4. Mark Tsukerberq - 61 milyard dollar
5. Larri Ellison - 58,4 milyard dollar
6. Larri Peyc - 53,8 milyard dollar
7. Çarlz Koç - 53,5 milyard dollar
8. Deyvid Koç - 53,5 milyard dollar
9. Sergey Brin - 52,4 milyard dollar
10. Maykl Blumberq - 51,8 milyard dollar
ABŞ prezidenti Donald Tramp siyahıda 3 pillə geriləyərək 259-cu yerdə qərarlaşıb. Onun sərvəti ötən il olduğu kimi 3,1 milyard dollar qalıb.
trend